• 4 May 2024
logo
Şuşaya ilkin mərhələdə neçə ailə köçürüləcək?

Şuşaya ilkin mərhələdə neçə ailə köçürüləcək?

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

Baymedia.az xəbər verir ki, bu barədə Report-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, keçmiş məcburi köçkünlər Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində yerləşdiriləcək.

Hazırda əhalinin köçürülməsi üzrə işlər davam etdirilir.