• 10 İyul 2025
logo
TƏBİB-də Xaricdə İşləyən Həkimlərlə İş şöbəsi yaradılıb - Ramin Bayramlı

TƏBİB-də Xaricdə İşləyən Həkimlərlə İş şöbəsi yaradılıb - Ramin Bayramlı

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) Xaricdə İşləyən Həkimlərlə İş şöbəsi yaradılıb.

Bunu TƏBİB sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, TƏBİB keçən ilin dekabr ayında Türkiyədəki həkimlərlə görüş keçirib:

“Xaricdəki azərbaycanlı həkimlər təşkilatlanırlar. Almaniya, ABŞ və Rusiyada da fəaliyyət göstərən azərbaycanlı həkimlər dərnəklər qurublar. Bu günlərdə ABŞ-da çalışan azərbaycanlı həkimlərin bizə müraciəti olub. Dövlətin də əsas məqsədi xaricdəki azərbaycanlı həkimlərin ölkəmizə inteqrasiyasıdır. Bu məqsədlə TƏBİB-də Xaricdə İşləyən Həkimlərlə İş şöbəsi də yaradılıb”.