• 8 Sentyabr 2024
logo
Yayın ortasında Savalan ətəkləri qara büründü

Yayın ortasında Savalan ətəkləri qara büründü

Savalan dağının ətəklərində və yaylaq ərazilərində bir neçə kəndin yolunun qardan təmizlənməsi işləri aparılır.

Baymedia.az xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Köçərilər üzrə İdarəsinin rəhbəri Hatəm Təhmaspur bildirib.

“Ölkənin bir çox əyalətində havanın temperaturu 50 dərəcədən yuxarı qalxdığı halda, Meşginşəhrdə (Xiyav) yol işçiləri Savalan istirahət zonalarında qar təmizləməklə məşğuldur”, - o qeyd edib.