• 13 May 2025
logo
TƏBİB-in İdarə Heyətinin sədri özəl sektora təşəkkür edib

TƏBİB-in İdarə Heyətinin sədri özəl sektora təşəkkür edib

“Müxtəlif otellər xüsusi karantin rejimində öz xidmətlərini təqdim ediblər, bir çox özəl şirkətlər dəstək verib. Xüsusən “Paşa Holdinq” 3 milyon 200 min manat dəstək verib”.

Bunu bu gün xüsusi karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni Çağrı Mərkəzi yaradılıb: “21 könüllü təlim keçib, psixoloji dəstək üçün Heydər Əliyev Mərkəzində Çağrı Mərkəzində fəaliyyət göstərirlər. Vətəndaşlar Çağrı Mərkəzinə müraciət edə bilərlər. 70-dən artıq həmkarımız bu Çağrı Mərkəzində vətəndaşlarımıza fəaliyyət göstərəcəklər”.

TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, respublika ərazisində xüsusi rejimli xəstəxanalar, otellər və sanatoriyalar xüsusi karantin rejimində öz xidmətlərini təqdim ediblər: “Bununla bağlı özəl sektora təşəkkür etmək istəyirəm”.