• 6 İyul 2025
logo
Azərbaycanda indiyədək 300-dək tibb işçisi koronavirusa yoluxub, bir həkim vəfat edib

Azərbaycanda indiyədək 300-dək tibb işçisi koronavirusa yoluxub, bir həkim vəfat edib

İndiyədək Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

V. Qasımov deyib ki, onlardan 65 faizi sağalıb: “Onların arasında həkimlər və tibb işçiləri var. Lakin bu o demək deyil ki, onların hamısı tibb müəssisələrində virusa yoluxub. Bununla belə, bəzi tibb müəssisələrində də tibb işçilərinin yoluxması halı baş verib. Təəssüf ki, bir həkim dünyasını dəyişib".