• 21 Dekabr 2024
logo
Anar Rzayev: Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır

Anar Rzayev: Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır

Ötən il Bakıda avtobus, metro, taksi və piyada gedişlərlə ümumilikdə 2 milyarda yaxın səfər olub.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O, bildirib ki, bunun 52%-i taksi və fərdi nəqliyyat vasitələri, 28%-i isə ictimai nəqliyyatla həyata keçirilib:

"Bu göstəriciləri taksi və fərdi nəqliyyat vasitələri üzrə 16%-ə endirmək, ictimai nəqliyyat üzrə isə 41%-ə qaldırmaq planımız var".

"Əsas məqsədimiz Bakının mərkəzinə fərdi nəqliyyat vasitələri ilə girişin azaldılmasıdır", - deyə A.Rzayev əlavə edib.