• 26 Dekabr 2024
logo
Naxçıvanda aliment ödəməyən 66 nəfər inzibati qaydada həbs edilib

Naxçıvanda aliment ödəməyən 66 nəfər inzibati qaydada həbs edilib

2024-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının icraatına aliment tələbinə dair 765 icra sənədi daxil olub, icraatda olan aliment tələbinə dair 580 icra sənədi icraatdan çıxarılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bunu nazirliyin icra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev deyib. O bildirib ki, 2024-cü ilin müvafiq dövrü ərzində icraatda olmuş 3699 aliment tələbinə dair icra sənədi üzrə 6243 yetkinlik yaşına çatmayan uşağı saxlanılması üçün ümumilikdə tələbkarlara 3.385.326 manat aliment ödətdirilib. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini üzrsüz səbəbdən icra etmədiyinə görə 66 nəfər borclu inzibati qaydada həbs edilib, 1 nəfər borclu inzibati qaydada cərimə edilib, həmçinin 107 nəfər borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini qərəzli olaraq ödəmədiyindən 1 nəfər borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi başlanılıb.
Hazırda icrası davam etdirilin 3179 icra sənədi üzrə ümumilikdə 5025 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tələbkarlara alimentin ödənilməsi davam etdirilir.