Bu gün Azərbaycanda Atatürk Mərkəzində Oxu Aakademiyasının təşkilatçılığı ilə Ərzurum Konqresinin 100 illik yubiley tədbiri keçirilib. Atatürk Mərkəzinin Baş redaktoru Dəyanət Osmanlı tədbir iştirakçılarını salamlayaraq Ərzurum Konqresi ilə bağlı keçirilən tədbirin aktuallığından danışıb. Sonra tədbir İstanbulda fəaliyyət göstərən “Bengü Türk” TV-nin “Azərbaycan rüzgarı” televiziya layihəsinin müəllifi və aparıcısı Səidə Ömərin mederatorluğu ilə davam edib.
Tədbririn təşkilatçısı Oxu Akademiyasının rəhbəri tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “Ərzurum konqresi: milli səfərbərliyin təməl daşı” adlı geniş məruzə ilə çıxış edib. “Son yüz ildə eyni kökə malik olan Azərbaycan və türk xalqlarının ən böyük problemi məhz erməni problemidir. I Dünya Savaşının başa çatmasından sonra Osmanlı dövlətini siyasi xəritədən silməyə çalışan qüvəllər xiristian azlıqların hüquqlarının təmin olunması adı ilə Şərqi Anadoluda erməni və rum dövlətləri yaratnmağa çalışırdılar. Qazi Mustafa Kamal Atatürkün başçılığı ilə baş tutan “Ərzurum Konqresi” və milli mücadilənin səfərbər olunmasında müstəsna rol oynadı və Şərqi Anadoluda erməni və rum dövlətlərinin yaradılmasını qarşısı aldındı”- deyən SəmədVəkilov bu cür mühüm tarixi hadisələrin gənc nəsilə çadırılmasının vacibliyini vurğulamışdır.
Mövzu ətrafında professor Ədalət Tahirzadə, filologiya üzrə fəlsəfə doktoru Əziz Əlkəbərli, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, tədqiqatçı Xaqani İsmayıl maraqlı fikirlər söyləyiblər. Tədbirdə iştirak edən Ərzurum əslilli iş adamı Çingiz Güldamlası bu tarixi hadisənin qeyd edilməsinə görə tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.
Sonda Oxu Akademiyasının 12 iyul 2019-cu il tarixli Qiymətləndimə Komissiyasının qərarı ilə “Bengü Türk” Televiziya kanalının “Azərbaycan rüzgarı” televiziya layihəsinin müəllifi və aparıcısı Səidə Ömərə Azərbaycan milli-mənəvi irsinin təbliğində və Azərbaycan həqiqətlərini türk dünyasına çatdırlmasındakı xidmətlərinə görə Fəxri Diplomla təltif edilib.