• 12 İyul 2025
logo
ÜST nümayəndəsi: “Azərbaycanda bundan sonra pandemiyanın kiçik-kiçik piklərini görə bilərik”

ÜST nümayəndəsi: “Azərbaycanda bundan sonra pandemiyanın kiçik-kiçik piklərini görə bilərik”

“Pandemiyanın pik dövrünü geriyə baxaraq görə bilərik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

H. Harmancı deyib ki, yalnız bir pik dövrü məqbul deyil: “Ona görə də bütün ölkələr ictimai səhiyyəni tətbiq edərək piki, insanların yoluxmasını azaltmağa çalışırlar. Biz Azərbaycanda bundan sonra kiçik-kiçik piklər görə bilərik”.