• 3 İyul 2025
logo
Azərbaycan əhalisinin dərmana çəkdiyi xərc 42%-dən çox artıb

Azərbaycan əhalisinin dərmana çəkdiyi xərc 42%-dən çox artıb

Bu yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14 567,2 milyon manatlıq, o cümlədən 7 827,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 739,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Baymedia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,7% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2% artıb. Son 1 ildə elektron ticarət dövriyyəsində isə 1,7 dəfə artım olub.