• 26 Dekabr 2024
logo
Azərbaycanda 5 məktəbli beynəlxalq fənn olimpiadasının qalibi olub

Azərbaycanda 5 məktəbli beynəlxalq fənn olimpiadasının qalibi olub

İyul ayı ərzində Azərbaycanda 5 məktəbli beynəlxalq fənn olimpiadasında medal qazanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, 7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadasında 80 ölkədən təxminən 400 şagird iştirak edib. Yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.
11-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) 110 ölkədən 621 şagird iştirak edib. Bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 14-21 iyul tarixlərində Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.