• 27 Dekabr 2024
logo
Nazir müavini bu halda namizədləri diqqətli olmağa çağırdı

Nazir müavini bu halda namizədləri diqqətli olmağa çağırdı

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək məktəb seçimi edəcək namizədlərin daha diqqətli olması üçün onlara diqqətli olmağı tövsiyə edib.
Trend-in məlumatına görə, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bu mətbuat konfransında deyib ki, namizədlər işləmək istədikləri məktəbləri seçərkən diqqətli olsunlar: "Namizədlər vakant yer seçimi ilə bağlı qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar seçdikləri məktəblər haqqında məlumatlı olsunlar. Çünki namizədlər tanımadığı məktəbi seçib, qəbul olunurlar, sonra isə ondan imtina edirlər. Nəticədə isə digər namizədin həmin yer üçün qəbul şansı azalır".