• 30 Aprel 2024
logo
Azərbaycan Prezidentinin köməkçisi: “Hazırda orduda koronavirusa yoluxma yoxdur”

Azərbaycan Prezidentinin köməkçisi: “Hazırda orduda koronavirusa yoluxma yoxdur”

“Azərbaycan Silahlı Qüvvələrində epidemioloji vəziyyətə tam nəzarət olunur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, orduda epidemioloji vəziyyətə tam nəzarət həyata keçirilir: “Hazırda orduda koronavirusa yoluxma yoxdur”.