Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusu yenidən qurulacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Fövqəladə Hallar Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərenerji” ASC-yə 2020-ci ilin avqust–dekabr ayları ərzində Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusunun yenidən qurulması tapşırılıb.