• 26 Dekabr 2024
logo
Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni hərəkata start verilib

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni hərəkata start verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verib.
Bu barədə nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, hərəkatın məqsədi meşə və yaşıllıqların qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi işinin kütləviləşməsi, vətəndaşların ekoloji məsələlərə həssaslığının artırılması və ictimai nəzarətin daha da gücləndirilməsidir.
Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, artıq meşə və yaşıllıqların qorunması istiqamətində əhali arasında təbliğat və maarifləndirmə işləri aparacaq bir qrup şəxsə 31 iyul 2019-cu il tarixində “Təbiətin dostu” adlı emblemlər təqdim olunub.
Nazirlik təbiətsevərləri, yaşıllıq sahələrinin qorunmasına biganə qalmayan vətəndaşlarımızı “Təbiətin dostu” hərəkatına qoşulmağa dəvət edir.