• 26 Dekabr 2024
logo
Sahibkarın müraciəti müsbət həll olunub

Sahibkarın müraciəti müsbət həll olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarın bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı müraciəti öz müsbət həllini tapıb.
KOBİA-dan verilən məlumata görə, “Kercom” MMC-nin müraciəti əsasında şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyi ilə həll edilib və artıq şirkətin məhsulları ticarət şəbəkəsində satışdadır.
“Bal məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı çətinliklərimiz vardı. KOBİA-nın müraciətimizə operativ yanaşması nəticəsində məsələ öz müsbət həllini tapdı. Artıq məhsullarımız ticarət şəbəkəsində satışdadır. Bundan sonra da Agentliklə yaxından əməkdaşlıq edəcəyik” - deyə, “Kercom” MMC-nin icraçı direktoru Cavid Kərimov bildirib.
Qeyd edək ki, KOBİA sahibkarlardan daxil olan müxtəlif müraciətlərin dövlət-özəl əməkdaşlığı çərçivəsində həll edilməsinə dəstək göstərir. Agentlik mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin innovativ üsullarla idarə edilməsi və genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqlarının qorunması istiqamətlərində dəstək olur. Ölkə regionları üzrə bu dəstək KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçirilir.