• 12 İyul 2025
logo
Nazirlik: Bəzi valideynlər övladlarına serial və cizgi filmi personajlarının adlarını vermək istəyir

Nazirlik: Bəzi valideynlər övladlarına serial və cizgi filmi personajlarının adlarını vermək istəyir

“Elə valideynlər var ki, övladlarına “Muhammed”, “Əbəlfəz”, “Abdullah” adlarını vermək istəyirlər”.

Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, Azərbaycan dilində “Məhəmməd” adının yazılış qaydası var: “Bir çoxları uşaqlarının adının “Muhammed” kimi yazılmasını istəyir. Bununla bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciət elədik və həmin qurumdan alınan cavabda “Məhəmməd” və ya “Məmməd”in düzgün olduğunu, “Muhammed” kimi yazılış formasının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığı barədə məlumat verildi”.

R. Kərimova vurğulayıb ki, bəzi valideynlər övladlarına bir çox serial və cizgi filmində olan personajların adlarını vermək istəyir: “Araşdırma nəticəsində müəyyən olunub ki, bu adları qoyanların çoxu xaricdə yaşayan və ya təhsil alan vətəndaşlarımızın istəkləridir”.