• 3 İyul 2025
logo
Azərbaycanda V-IX siniflərdə məktəbdə dərslər oktyabrın 1-də başlayacaq

Azərbaycanda V-IX siniflərdə məktəbdə dərslər oktyabrın 1-də başlayacaq

Azərbaycanda ümumi təhsilin ümumi orta təhsil səviyyəsi üzrə dərslərin əyani başlama tarixi açıqlanıb.

Bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarında bildirib. Qeyd edilib ki, ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə dərslər oktyabrın 1-dən başlayacaq.