Bu ili 9 ayında nikahın pozulmasından imtina edən cütlüklərin sayı açıqlanıb.
Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu ilin 9 ayı ərzində qeydiyyat şöbələrində psixoloqla söhbətə cəlb edilmiş şəxslərdən 238 nəfər (119 cütlük) nikahın pozulmasından imtina edib.