70 sürücü saxlanıldı, 43-ü barəsində protokol tərtib edildi - REYD
Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayonun Xudat şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə reyd keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, reyd zamanı alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı 70 sürücü saxlanılıb, 43 sürücü barəsində protokol tərtib edilib.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcək.
6 Sentyabr 2019 11:37
1 246
Digər xəbərlər
17 Sentyabr 2025 13:16
378
17 Sentyabr 2025 12:58
413
17 Sentyabr 2025 12:44
420
17 Sentyabr 2025 12:41
406
16 Sentyabr 2025 11:38
630
16 Sentyabr 2025 11:02
602
15 Sentyabr 2025 13:05
924
15 Sentyabr 2025 10:42
805
12 Sentyabr 2025 09:27
1 463
11 Sentyabr 2025 12:42
1 617
11 Sentyabr 2025 11:17
1 582
10 Sentyabr 2025 12:14
1 918