• 12 İyul 2025
logo
COVİD-19-a yoluxmaların 52 faizi Bakının payına düşür

COVİD-19-a yoluxmaların 52 faizi Bakının payına düşür

Ölkə üzrə COVİD-19-a ümumi yoluxmaların 52 faizi Bakının payına düşür.

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, koronavirusdan sağalanların sayında artım var: “Amma daha vacib olan aktiv xəstə sayıdır. Bu gün belə xəstələrin sayı 59 min nəfəri keçib. Bu da səhiyyə sisteminin təzyiqə düşməsi deməkdir. Mart-aprel aylarında maksimal 5000 test həyata keçirdiksə, bu gün bu rəqəm 20 mini keçib”.