• 3 İyul 2025
logo
Azərbaycanın qızılca/məxmərək laboratoriyası ÜST-nin akkreditasiyasından keçdi

Azərbaycanın qızılca/məxmərək laboratoriyası ÜST-nin akkreditasiyasından keçdi

ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertləri tərəfindən Azərbaycandakı Milli qızılca/məxmərək laboratoriyasında yoxlama həyata keçirilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, yoxlama qurumun illik akkreditasiya prosesi çərçivəsində baş tutub.
Nəticələrə əsasən, laboratoriya 2021-ci il üçün ÜST-nin Milli qızılca/məxmərək laboratoriyası kimi tam akkreditasiyadan keçib.