• 27 Dekabr 2024
logo
Şeyxülislam: “İstərdik ki, Roma Papası işğaldan azad olunmuş ərazilərin minalanmasına münasibət bildirsin”

Şeyxülislam: “İstərdik ki, Roma Papası işğaldan azad olunmuş ərazilərin minalanmasına münasibət bildirsin”

“Bura gələndə mintəmizləyənləri gördük. Mən srağagün Pasxa bayramı münasibəti ilə Roma Papası Fransiskin çıxışını dinlədim. Minalar insan tələfatı deməkdir, çox arzu edərdim ki, Roma Papası buna da öz münasibətini bildirsin”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

A. Paşazadə səfərdən qayıtdıqdan sonra bir sıra dini liderlərə, o cümlədən Roma Papasına müraciət olunmasını təklif edib: “Çox istəyərdim ki, səfərdən qayıtdıqdan sonra bir sıra dini liderə, o cümlədən Roma Papasına müraciət edək ki, işğaldan azad olunmuş ərazilərin minalanması ilə bağlı fikirlərini, münasibətlərini bildirsinlər”.