• 7 İyul 2025
logo
Balaxanı Sənaye Parkının ərazisində istehsal, emal və xidmət müəssisələri yaradılacaq

Balaxanı Sənaye Parkının ərazisində istehsal, emal və xidmət müəssisələri yaradılacaq

Prezident İlham Əliyev “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, müəyyən edilib ki:

Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir;

resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.