• 26 Dekabr 2024
logo
Deputat büdcə təşkilatlarının maliyyə əməliyyatlarının vahid sistemdə cəmlənməsini təklif edib

Deputat büdcə təşkilatlarının maliyyə əməliyyatlarının vahid sistemdə cəmlənməsini təklif edib

“Büdcə təşkilatlarının maliyyə əməliyyatlarının vahid sistemə işlənməsini təklif edirəm. Hesablama Palatasının da bu sistemə girişi təmin edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, bu sistem təşkil olunarsa, bütün qurumların maliyyə fəaliyyəti Hesablama Palatasının auditinə cəlb olunar və heç bir qurum bu auditlərdən kənarda qala bilməz: “Bütün bunların həyata keçirilməsi üçün Hesablama Palatasının işçilərinin sayı artırılmalı, lazım gələrsə, qanunvericiliyə dəyişiklik edilməlidir. Təklif edirəm ki, Hesablama Palatası yoxlama subyekti olan qurumların əməkdaşları üçün təlimlər keçsin. Hesablama Palatası tərəfindən bu qurumlar üçün metodik vəsaitlərin hazırlanmasına ehtiyac var”.