• 27 Dekabr 2024
logo
Rektorlar Şurasının səlahiyyətləri məlum olub

Rektorlar Şurasının səlahiyyətləri məlum olub

Rektorlar Şurası əməkdaşlığı koordinasiya etmək üçün Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorlarının daxil olduğu kollegial şuradır.

APA-nın məlumatına görə, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, Rektorlar Şurası ali təhsilin inkişafı üçün təkliflər hazırlayır, birgə təhsil proqramlarının yaradılması, akademik heyət və maddi bazanın istifadəsi ilə bağlı məsələləri müzakirə edir, ali təhsil sahəsində qanun layihələrinə və digər normativ-hüquqi aktlarına təklif və rəylər hazırlayır, ali təhsil müəssisələrinin və xüsusi təhsil müəssisələrinin akkreditasiyası üçün mütəxəssisləri tövsiyə edir, imtahan nəticələri əsasında ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı təkliflər hazırlayır, dövlət büdcəsi vəsaitlərindən ali təhsil müəssisələrinə investisiyaların ayrılması ilə bağlı təkliflər hazırlayır, xarici dövlətlərdə və beynəlxalq ali təhsil müəssisələrinin təşkilatlarında Azərbaycanın ali təhsil müəssisələrini təmsil edir, ali təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı digər məsələləri həll edir.

Rektorlar Şurasının səlahiyyətləri və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Rektorlar Şurası haqqında Əsasnamə ilə müəyyən edilir.