• 26 Dekabr 2024
logo
Azərbaycanda e-ticarətin həcmində ötən ay rekord qeydə alınıb

Azərbaycanda e-ticarətin həcmində ötən ay rekord qeydə alınıb

Bu ilin mart ayı ərzində Azərbaycan əhalisi bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 407 mln. manat həcmində ödəniş həyata keçiriliblər ki, bu da indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici fevral ayı ilə müqayisədə 21,1%, ötən ilin mart ayı ilə müqayisədə isə 33,4% artıb. E-ticarətdə aparılan ödənişlərin məbləği bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib – 51,3%.

Bundan başqa, 2021-ci ilin I rübündə əhali tərəfindən bank kartları vasitəsilə elektron ticarətdə 1,072 mlrd. manatlıq ödəniş edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% çoxdur.

Xatırladaq ki, 2021-ci ilin mart ayında Azərbaycanda bank kartları ilə 793 mln. manat həcmində nağdsız ödənişlər həyata keçirilib, ümumi I rübdə isə bu göstərici 2,001 mlrd. manata bərabər olub.