Litva və Azərbaycan sosial təminat və əmək sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir.
Bunu Litvanın sosial təminat və əmək naziri Linas Kukuraytis Bakıda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşü zamanı deyib.
O bildirib ki, Azərbaycanda keçirilmiş islahatlar sosial xidmətlər sahəsinə müsbət təsir göstərib:
“Sosial təminat sisteminin avtomatlaşması, eləcə də DOST konsepsiyasının tətbiq olunması dövlət siyasətinin uğurunun real göstəricisidir”.