• 27 Dekabr 2024
logo
Bioloji Müxtəlifliyin Qorunması Xidməti: Xəzərə axan çayların həcmi azalır

Bioloji Müxtəlifliyin Qorunması Xidməti: Xəzərə axan çayların həcmi azalır

“Son zamanlar Xəzər dənizinin səviyyəsi enir”.

Bunu “Ekspert saatı”nda AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov deyib. O bildirib ki, bu da köçücü və yarımköçücü balıqların kürüləmə yerlərinə bilavasitə təsir edir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov qeyd edib ki, Xəzər dənizinin səviyyəsi mütəmadi olaraq dəyişir. Onun sözlərinə görə, ekosistemlərə Xəzər dənizinin səviyyəsinin enməsi mənfi təsir göstərir: “Xəzər dənizinə axan çayların da həcmi azalır. Məsələn, Volqa çayının həcminin azalması, həmçinin Kür çayının suyunun azalması, Xəzərin səviyyəsinin enməsi ilə bağlıdır. Ümumiyyətlə, dənizin səviyyəsinin düşməsi ilə çayların həcminin azalması bir-birinə bağlı məsələdir. Dənizin səviyyəsinin enməsi həmçinin Kür çayının yatağında qrunt sularının artmasına səbəb olur. Bununla çayın üzünə çirklənmiş sular yığılmış olur”.