• 27 Dekabr 2024
logo
Ötən il Bakıda avtobus sürücülərinin 4,6 faizi koronavirusa yoluxub

Ötən il Bakıda avtobus sürücülərinin 4,6 faizi koronavirusa yoluxub

"İctimai nəqliyyat fəaliyyətini davam etdirir. Əsas məsələ davamlılığı təşkil etməkdir. Maskalardan istifadə edilməlidir".

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

O qedy edib ki, 1500-ə yaxın avtobusda, 3000-dən çox taksidə şəffaf arakəsmələr quraşdırılıb. 12 ekspress marşrut xətti təşkil edilib: "Ümumilikdə 165 marşrut xətti üzrə 1900-dən artıq avtobus cəlb edilib. Ekspress marşrut xətti ilə 10 milyondan artıq sərnişin daşınıb. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində nəqliyyat əməliyyatına dəstək məqsədilə 900-ə yaxın avtobus təmin edilib. Ötən il koronavirusa yoluxan sürücülərin sayı 4,6 faiz təşkil edib".