Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apelyasiya müraciətləri üçün qeydiyyat yekunlaşıb.
Təhsil Nazirliyindən APA-ya bildirilib ki, namizədlərin apelyasiya müraciətlərinə əsasən, təkrar onlayn müsahibələr keçiriləcək.
Qeyd olunub ki, müsahibələrin mayın 7-8-də təşkili nəzərdə tutulub. Apelyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.