• 26 Dekabr 2024
logo
İndiyədək Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik verilib

İndiyədək Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik verilib

"Artıq Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

S. Babayev deyib ki, indiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.