“Müharibə bitəndən 4 gün sonra bizim mərkəz qaziləri qəbul edib”.
Bunu Səhiyyə Nazirliyi Sanator Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov "44 günlük Vətən müharibəsi qazilərinin reabilitasiyası” mövzusunda çıxışında deyib. O bildirib ki, indiyədək 1000-dən çox qazi müalicə alıb: “Müalicə nəticəsində onların çoxu sağalıb normal həyata qayıdıb. Bəziləri isə təkrar qəbul olunur və müalicələr davam edir. Hazırda mərkəzdə 70-ə yaxın qazi müalicə alır. Hər gün fərqli rəqəmlər olur”.