• 10 İyul 2025
logo
Dünyada son sutkada koronavirusa 546 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 546 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 546 512 nəfər koronavirusa yoluxub, 11 335 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 162 773 940 yoluxma hadisəsi, 3 375 573 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 52 faizdən çoxu Cənub-Şərqi Asiyanın (288 527) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (124 762) ilə Avropa (78 688) bölüşür.