• 14 İyul 2025
logo
Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş elmi konfrans keçirilir

Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş elmi konfrans keçirilir

Mayın 21-də Heydər Əliyev Mərkəzində Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş elmi konfrans keçirilir.

Konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyev konfrans iştirakçılarını salamlayıb. O qeyd edib ki, Milli Onkologiya Mərkəzi postsovet məkanında ən müasir sağlamlıq müəssisələrindən biridir. O, konfransın işinə uğurlar arzu edib.
Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm, dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin təbrik məktubunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ölkə Prezidenti məktubunda dünyanın qlobal pandemiya ilə çətin sınaq qarşısında olduğu hazırkı vaxtda olduqca aktual mövzuda konfransın Azərbaycan paytaxtında təşkilini məmnuniyyət hissi ilə qarşıladığını qeyd edib. Vurğulanıb ki, ölkədə səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.