• 3 İyul 2025
logo
Dövlət Komitəsi: Bakının Baş Planı layihəsi yekunlaşmaq mərhələsindədir

Dövlət Komitəsi: Bakının Baş Planı layihəsi yekunlaşmaq mərhələsindədir

“Bakı şəhərinin Baş Planı layihəsi yekunlaşmaq mərhələsindədir".

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib. O bildirib ki, layihə təsdiqlənmək üzrədir: “Layihə çərçivəsində yaşıllıq sahələrinin maksimum artırılması nəzərdə tutulub. Göllərin regenerasiyası, yeni parkların salınması, Bulvar zolağının Bibiheybətə qədər uzadılması davam etdirilməlidir".