Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən məktəblərdə dinin tədrisi nəzərdə tutulmur.
Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, orta məktəblərdə "Həyat bilgisi" fənni keçirilir: "Bu fən və bir sıra fənnlərdə müxtəlif dinlər, onların tarixi, dini maarifləndirmə haqda məlumatlar var. Yeni dərsliklər hazırlanan zaman eyni standartlar tətbiq olunacaq".