• 12 İyul 2025
logo
Şabranda zibil əlindən zibilə düşən vətəndaşların narazılığı

Şabranda zibil əlindən zibilə düşən vətəndaşların narazılığı

Şabran şəhər H.Əliyev adına prospekt ilə Ordubadi adına küçənin kəsişməsinin zibilliyə çevrilməsi sakinlərin haqlı narazılığına səbəb olub.
Sakinlər bildiriblər ki, yayın istisi bir yandan, digər tərəfdən isə üfunətdən, pis qoxudan həyətdə oturmaq mümkün deyil. Kimin əlinə gəldi gətirib bura atır - it, pişik ölüsü, qoyun başı, mal içalatı, qoyun dərisi, təkər, şifer... Bir az külək əsəndə zibillərin yarısı havaya qalxır, yağış yağanda "yuyunur"..
Rayon İcra Hakimiyyətinə və şəhər üzrə nümayəndəliyə edilən şikayətlərə baxmayaraq, problem həllini tapmır. Ona görə ki, əvvəl iki, sonra qoyulan dörd zibil qutusu 3-4 küçənin bu məsələ ilə bağlı tələbatı ödəmir. Hətta H.Əliyev adına prospekti iki yerə kəsən parkdan da bura zibil daşınır. Şəhərin mərkəzi prospektinin zibilliyə çevrilməsi utancverici bir haldır. Üstəlik vətəndaşların narahatlığına səbəbdir. Zibil qutularının küçələrə paylanmaq əvəzinə mərkəzi prospektə cəmləşməsi uzaq məsafədən bura zibil atan vətəndaşların da narazılığına səbəb olub. Qutular gündə 2-3 dəfə təmizlənmə də tezliklə dolur. Problemin həll olunacağına ümid yoxdur, ona görə ki, zibil qutularının başqa yerə köçürülməsi barədə hələ də fikirləşilmir.
Cavid