• 10 İyul 2025
logo
Ali təhsil müəssisələrinə ixtisas seçimi edənlərin sayı 52 mini keçib

Ali təhsil müəssisələrinə ixtisas seçimi edənlərin sayı 52 mini keçib

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı 52349-a çatıb.
Azərbaycan bölməsi I qrup üzrə ərizələrin sayı 14 841, II qrup üzrə 10 538, III qrup üzrə 13 791, IV qrup üzrə isə 3845-dir. Rus bölməsində I qrup üzrə ərizələrin sayı 1 186, II qrup üzrə 1 186, III qrup üzrə 1 085, IV qrup üzrə isə 287-dir.
11 illik təhsil bazasından V qrup üzrə ixtisas seçimi ərizələrinin sayı isə ümumilikdə 8016-dır.
Qeyd edək ki, ixtisas seçimi avqustun 30-u saat 23-59-da başa çatacaq.