• 9 May 2025
logo
Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib

Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib

Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.
İcbari Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Şabran şəhər sakini, 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır. Hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır. Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub.