Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Trend Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.
Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.