"Çox təəssüf ki, Azərbaycanda məhkəməyə inam sarsılıb. Ona görə də biz məhkəməyə işə ədalətli baxın deyə müraciətlər edirik". Xalqcəbhəsi.az xəbər verirdi ki, bunu deputat Razi Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı deyib. O, bildirib ki, bu məhkəməyə müdaxilə hesab oluna bilməz: "Əgər məhkəmələrə inam olsaydı bu müraciətlər edilməzdi. Hakimin çəkici qanunsuzluğu vurmalıdır. Amma təəssüf ki, əksər hallarda bu çəkic haqlını vurur. Məndə yüzlərlə belə iş haqqında məlumat var. Məhkəmələrlə bağlı ciddi araşdırmalara ehtiyac var. Onlara verilən sərbəstlik götürülməlidir. Bu sistem dəyişməlidir. İnsanaları narazı salmaq xalqa xidmət deyil".
Əli