Azərbaycanda daha bir həkim koronavirus səbəbindən vəfat edib.
APA-nın məlumatına görə, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov dünyasını dəyişib. Universitetdən APA-ya verilən məlumata görə, o, uzun müddətdir koronavirusdan müalicə olunsa da, terminal koma durumuna düşərək vəfat edib.