Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 7 mini ötüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
Bununla da, ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 7 021 nəfərə çatıb.