• 22 Dekabr 2024
logo
İqlim dəyişməsinin torpaqlara təsiri ilə bağlı Coğrafiya İnstitutundan

İqlim dəyişməsinin torpaqlara təsiri ilə bağlı Coğrafiya İnstitutundan

Azərbaycanda iqlim dəyişməsi nəticəsində temperaturun artması ən çox Böyük və Kiçik Qafqazda yerləşən meşə massivlərinə təsir edəcək.
Bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, bu massivlərin aşağı sərhədi 550-950 m-ə qalxa, Talışda isə 100-2000 m-ə enə bilər.
İqlimin istiləşməsinin kənd təsərrüfatına olan təsirindən danışan R.Məmmədov qeyd edib ki, nəticədə Alp zonalarından başqa, bütün torpaq tiplərində məhsuldarlığın azalması müşahidə ediləcək: “Torpaqdaxili kimyəvi və biokimyəvi proseslər sürətlənəcək, torpağın fiziki xassəsi pisləşəcək. Bitki örtüyü azalacaq, Kür-Araz ovalığında şoranlaşmış ərazilərin sahəsi 10-15% artacaq. Kür-Araz ovalığında quraqlıq günlərinin sayı 50-60 və daha çox olacaq. Vegetasiya dövrünün artması qış taxılı və üzümçülüyün arealını daha yüksək en dairəsinə qaldırmağa imkan verəcək. Suvarılan torpaqlarda suvarma suyuna ehtiyac çoxalacaq".