• 27 Dekabr 2024
logo
DİM buraxılış imtahanının vaxtı ilə bağlı məsələyə aydınlıq gətirib

DİM buraxılış imtahanının vaxtı ilə bağlı məsələyə aydınlıq gətirib

Nazirlər Kabinetinin qərarına əsasən, 7 mart iş günü ilə 5 mart istirahət gününün dəyişdirilməsindən sonra martın 5-də nəzərdə tutulan buraxılış imtahanının vaxtının dəyişib-dəyişməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, imtahanların elan olunmuş qrafik üzrə - martın 5-də və 6-da keçirilməsi nəzərdə tutulur.