• 27 Dekabr 2024
logo
Təhsil naziri 8 Mart-la bağlı valideynlərə müraciət edib

Təhsil naziri 8 Mart-la bağlı valideynlərə müraciət edib

Təhsil naziri Emin Əmrullayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilə valideynlərə müraciət edib.
Jurnalistlərə açıqlamasında nazir bildirib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı məktəblərdə neqativ hallarla bağlı müraciətlər olur:
"Nazirliyin mövqeyi birmənalı olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı məktəblərdə hər hansısa bir neqativ hallara yolverilməməsidir. Dünən bununla bağlı müzakirələrimiz olub. Həm məktəblərdən, həm də valideynlərdən gözləntilərimiz neqativ halıara yol verməsinlər, valideynlər tərəfindən xüsusi ilə sosial şəbəkələrdə ünvanlar göstərilməklə şikayətlər olarsa, biz onları araşdıra bilərik. Mən xahiş edirəm ki, Təhsil Nazirliyinin "Qaynar Xətti"-nə və digər formada bu məsələ barədə müraciətlər varsa, konkret olsun" - deyə nazir qeyd edib.