• 27 Dekabr 2024
logo
İşdən çıxan vətəndaşların əmək pensiyası təyinatına aydınlıq gətirilib

İşdən çıxan vətəndaşların əmək pensiyası təyinatına aydınlıq gətirilib

“Pensiya yaşına çatmadan işdən çıxan vətəndaşların əmək pensiyası ilə təmin edilməsində heç bir məhdudiyyət yoxdur”.
Bu barədə DOST Agentliyinin DOST xidmətləri departamentinin direktor müavini Vasif Qəribov “Sosial saat” verilişində deyib.
O qeyd edib ki, vətəndaş əgər pensiya yaşına çatıbsa və onun minimum tələb olunan 25 il stajı və kapitalı varsa, o halda vətəndaşa əmək pensiyası təyinatı aparıla bilər:
“Onu xüsusi vurğulayım ki, bu təyinat vətəndaşın pensiya yaşına çatması halında aparılır. Bu yaş hazırda kişilərdə 65, qadınlarda isə 62 yaş 6 aydır” – o deyib.