• 26 Dekabr 2024
logo
Restoranlarda yalnız COVİD-19 pasportu və maska tələbi qüvvədə saxlanılır

Restoranlarda yalnız COVİD-19 pasportu və maska tələbi qüvvədə saxlanılır

“Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərar ləğv edilib.
Nazirlər Kabineti bu barədə müvafiq qərar qəbul edib.
Yeni qərara əsasən, 2022-ci il martın 6-dan etibarən ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə icazə veriləcək. O cümlədən sabahdan ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət və pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları ləğv ediləcək.
Ancaq yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) ictimai iaşə obyektlərində xidmətlərdən istifadə edə bilər. O cümlədən ictimai iaşə müəssisələrində digər tələblər - girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə də qüvvədə saxlanılır.