“Evlər kombilərlə qızdırılır. Ancaq kombilərin istifadəsi həm ətraf mühiti çirkləndirir, həm də əlavə yanacağın sərfinə səbəb olur".
Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, kombilərdən istifadə eyni zamanda digər bir-biri ilə uzlaşan ekoloji problemlərin əmələ gəlməsinə də səbəb olur:
“Bu zaman istilik effekti, ozon təbəqəsinin dağılması kimi hallara səbəb olur. Ona görə də mərkəzləşdirilmiş istilik sistemi olmalıdır və həmin ərazilərə paylanmalıdır. Keçmişdə və indi də mərkəzləşdirilmiş istilik sistemi ilə qızıdırılan binalar var. Bundan sonra verdiyimiz rəylərdə bunu nəzərə almalıyıq. Bizim aidiyyəti qurumlara - "Azəristiliktəchizat", Energetika Nazirliyi, "Azəriqaz" və layihəçilərlə görüşlərimiz olub və bu məsələ orada vurğulanıb. Biz qurumlardan cavab gözləyirik. İstilik sistemi mərkəzləşdirilsin. Bu ilk növbədə ekoloji, sosial və iqtisadi baxımdan daha səmərəlidir" - o deyib.